Ovod - Ethel Lilian Voynich - PDF E-Kitap Oku, İndir
Ovod – Ethel Lilian Voynich

Ovod – Ethel Lilian Voynich

Lisans / Fiyat: Ücretsiz
Yıl: 2012
Eklenme: Ekim 16th, 2018
Dil: Azerbaycan
Sayfa: 335
Yazar: Ethel Lilian Voynich

28 Kişi Tarafından Görüldü

“Ovod” romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya impe- riyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. O, usanmadan, yorul- madan düşmənlə mübarizə aparır, hətta haqqında çıxarı- lan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar – doğmalarının onu intiha- ra sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var.

Etel Lilian Voyniçin “Ovod” romanı yazıçının vətəni İngiltərədən çox-çox uzaqlarda şöhrət qazanmışdır. “Ovod” indiyədək milyonlarla oxucunu düşündürür və həyəcanlandırırsa, deməli, hələ XIX əsrin axırlarında nəşr edilmiş roman zamanın sınağından şərəflə çıxmışdır. Kimdir Etel Lilian Voyniç? Tanınmış ingilis riyaziyyatçısı Corc Bulun və Meri Butun qızı Etel Lilian 1864-cü il mayın 11 -də İrlandiyanın Kork qraflığının Kork şəhərində anadan olmuşdur. Etel altıaylıq olanda atası vəfat etmiş və ailə Londona köçmüşdü. E.L.Voyniç Berlin Konservatoriyasını bitirmiş və eyni vaxtda Berlin Universitetində slavyanşünaslığa dair mühazirələr dinləmişdi. Cavanlığında o, Londonda özlərinə sığınacaq tapan siyasi mühacirlərlə yaxınlıq edirdi. Onların arasında polyak mühacirlərə də rast gəlmək olardı. E.L.Voyniç İtaliyadan mühacirət edən inqilabçılarla da yaxından tanış idi. Mühacirlərlə səmimi münasibətləri onun dünyagörüşünün təşəkkül tapmasına böyük təsir göstərmişdi. E.L.Voyniç özünün gələcək əri – polyak inqilabçı Vilfred Mixail Voyniç ilə məhz mühacirlərlə dostluq etdiyi çağlarda rastlaşmış və 1890-cı ildə onunla ailə qurmuşdu. Lakin onların ailə həyatı cemi bir neçə il davam etmişdi.

 

Bir önceki yazımız olan Gizli Başyapıt - Honore De Balzac başlıklı kitabımızda Gizli Başyapıt Honore De Balzac, Gizli Başyapıt Honore De Balzac epub indir ve Gizli Başyapıt Honore De Balzac epub oku hakkında bilgiler verilmektedir.

Bizlere destek olmak için Lütfen Yorum Yapınız.